İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu koronavirusla mübarizə məqsədilə məvacibinin azaldılmasına razılaşıb.
Sportnet.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu hazırkı maaşından 4 milyon avro az qazanacaq.
35 yaşlı forvardla yanaşı, Turin klubunun digər futbolçuları Canluici Buffon, Leonardo Bonuççi və Corcio Kyellini də eyni addımı atıblar.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunub.