Braziliya Futbol Konfederasiyasının (CBF) sabiq prezidenti Joze Mariya Marin vaxtından əvvəl həbsxanadan azadlığa buraxılıb. Sportnet.az-ın məlumatına görə, cəza müddəti koronavirus pandemiyası fonunda 8 ayadək azaldılıb.
Marin FIFA-dakı korrupsiya işi üzrə 2015-ci ilin mayında həbs olunub. Onu futbol yarışlarının media və marketinq hüquqları qarşılığında rüşvət almaqda birgə iştirakda ittiham ediblər. 2018-ci ildə məhkəmə CBF-in keçmiş prezidentini 4 illik həbsə məhkum edib. Vəkilləri onun cəzasının azaldılması üçün təcili vəsatət qaldırıblar.
Mayın 6-da Marinin 88 yaşı tamamlanacaq. O, risk qrupuna daxildir, çünki 60 yaşdan yuxarı insanların koronavirusa yoluxmadan ölüm ehtimalı gənclərə nəzərən kifayət qədər yüksəkdir.
Marin CBF-ə 2012-ci ilin martından 2015-ci ilin aprelinədək rəhbərlik edib. O, həbs olunduqdan sonra girov qarşılığında azadlığa buraxılıb və ABŞ-a ekstradisiya olunub.
4 il müddətinə azadlıqdan məhrum olma ilə yanaşı, braziliyalı funksioner 1 milyon İsveçrə frankı məbləğində cəriməyə məruz qalıb və futboldan ömürlük məhrum edilib.