İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol həftəsinə start verir.
Telekanaldan Sportnet.az-a verilən məlumata görə, pandemiya səbəbilə bütün dünyada çempionatların təxirə salındığı dövrdə, İctimai Televiziya "Evdə qol" adlı virtual futbol layihəsinə başlayır.
"Evdə qol" kiberfutbol turnirində, aprelin 27-dən mayın 3-nə qədər, bir həftə ərzində sevilən idmançılarımız virtual mübarizə aparacaqlar.
Peşəkar aparıcı Tural Dadaşovun şərhi isə qarşılaşmalara əlavə həyəcan qatacaq.
Virtual futbolun 1/4 final mərhələsində Rövşən Hüseynli - Ayxan Tağızadə, Tofiq Musayev - Cavid Hüseynov, Ramil Şeydayev - Hidayət Heydərov, Hacı Əliyev – Alfonso Dominges üz-üzə gələcəklər.
Qeyd edək ki, ilk qarşılaşma 27 aprel saat 20:15-də Rövşən Hüseynli və Ayxan Tağızadə arasında baş tutacaq.