Türkiyənin "Kasımpaşa" klubunun iki üzvü koronavirusa yoluxub.
Sportnet.az "Haberturk"ə istinadən xəbər verir ki, həmin şəxslər İstanbul təmsilçinin futbolçularıdır. Adları açıqlanmayan oyunçuların müalicəsinə başlanılıb.
Qeyd edək ki, daha öncə "Beşiktaş"ın 8 üzvündə, o cümlədən, klub prezidenti Ahmet Nur Çebidə koronavirus aşkarlanıb. Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.