“Zirə” Azərbaycan milli komandasında 7 futbolçu ilə təmsil olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçular müxtəlif vaxtlarda ölkənin əsas yığmasında ümumilikdə 14 matç keçirib. Onların arasında rekordçu Cavid Hüseynovdur. “Qartallar”ın kapitanı millidə 5 dəfə “Zirə”ni təmsil edib.
Klub tarixinə Azərbaycan yığmasındakı ilk nümayəndə kimi düşən Elvin Məmmədov 3 dəfə komanda üzvü kimi milli forma geyinib.









                 





    
    
    
    
    
    
    
    
    
























































