
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu komandanın məşqindən şəxsi "Instagram"ında video paylaşıb.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu Karlo Pinsolyonun qoruduğu qapıya zərbələr üzərində çalışıb. O, bir neçə baxımlı qol vurub.
Ronaldu yazıb: "Pinsolyo ilə birgə zərbələri mükəmməlləşdirmək üçün məşq edirəm. Güclü oluram".