Futbo üzrə Azərbcan I Divizionunda cari mövsümün taleyi sual altındadır.
Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev MƏLUMAT VERİB.
O. bildirib ki, AFFA, PFL və Klublar Komitəsinin birgə keçiridiyi iclasın prioritet mövzusu Premyer Liqa və Azərbaycan Kubokunun bərpası ilə bağlı müzakirələr olduğundan aşağı dəstənin aqibəti ilə bağlı hələ ki konkret qərar yoxdur: "AFFA ilə birgə bu məsələ də müzakirə olunur. Konkret qərara gəldikdə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.