Koronavirus pandemiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış "Neftçi” bu gün tam fəaliyyətə başlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda məşqləri bərpa edib.
"Ağ-qaralar” "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.
Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra Premyer Liqada ilk oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.