Türkiyə Super Kuboku uğrunda oyun 2021-ci ilin yanvarında Qətərdə keçiriləcək.
Sportnet.az-ın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, iki ölkə arasındakı dostluq münasibətləri futbola da təsirsiz ötüşməyib. Koronavirus pandemiyasının davam etməsi və Qətərdəki iqlim şəraiti ilə əlaqədar görüş qış fasiləsi zamanı gerçəkləşəcək. Üz-üzə gələcək komandalar üst-üstə 1 milyon dollardan çox pul mükafatına yiyələnəcək.
Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda oyunlar 2006-cı ildən başlayaraq ardıcıl 3 il Almaniyada keçirilib. Matçlara Frankfurt, Köln və Duysburq şəhərləri ev sahibliyi edib.