"Keşlə" futbol klubu qapıçısı Stanislav Namaşko ilə yeni müqavilə imzalayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib.
49 yaşlı mütəxəssis bildirib ki, moldovalı qolkiperlə sözləşmənin müddəti daha 1 il uzadılacaq.
Qeyd edək ki, 34 yaşlı Namaşko cari mövsümün əvvəlindən "Keşlə"də çıxış edir.