"Sabah"ın baş məşqçisi Jelko Sopiç "Qarabağ"a 0:5 hesabıyla uduzduqları yoxlama matçından sonra müsahibə verib.
Sportnet.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ilk olaraq matç haqqında danışıb.
- "Qarabağ" bizdən daha yaxşı oynadı. Ən çox sevindirən budur ki, heç kimdə zədələnmədi. İki heyətlə oynadıq. Yoxlama matçına baxıb nəticə çıxaracağıq.
- Oyunda səviyyə fərqi cəmi 1 həftəlik məşqin nəticəsidi, yoxsa rəqibin ustalıq səviyyəsinin yüksək olması?
- Əlbəttə, futbolçulara məşq proqramı vermişdik. Ola bilər ki, kimsə daha çox məşq etmişdi, kimsə daha az. Bu oyunun xüsusi bir əhəmiyyəti yoxdur. 75 gündən sonra nəticənin heç bir önəmi olmaz. Biz 6-cı yerdə gedirik, onlar isə liderdir.
- Çempionatın startına 12 gün qalıb, həftəsonu karantin günlərinə görə də vaxt azalır. "Sabah"a yerdə qalan müddət nə qədər bəs edəcək?
- Bilmirəm. Bəzi ölkələrdə hazırlıq üçün 5 həftə olur, Azərbaycanda bu qədər oldu. Vəziyyətə baxacağıq.
- Hazırkı şəraitdə çempionatı davam etdirmək daha düzgün olardı, yoxsa bitirmək?
- Həqiqətən bunu demək çətindir. Oyunlar bazar günə düşsə, dəyişiklik olacaqmı, bilmirəm. Kubok oyunlarını daxil etsək, 40 gün edir. Deməli 3-4 gündən bir oynamaq lazımdır. Hər gün oynaya bilrik, ancaq futbolçular bunu qəbul edəcəkmi, demək çətindir.
- Əsas heyət üzvlərini ikinci hissədə meydana buraxdınız. Bu, nəylə bağlıdır? İlk hissədə meydana buraxdığınız gənclərdə nə gördünüz?
- Üç futbolumuz zədələndi - Rəşad Eyubov, Məhəmmməd Mirzəbəyov və Emil Qasımov. Ona görə də əvəzedicilərdə 3 gənci gördük. Heyətləri çox fərqləndirmək istəməzdik. Məsələn, Ramil Şeydayev hər iki heyətdə oynadı. "Qarabağ"a uduzduq, bəhanə olmamalıdır. "Sabah"ın formasında meydana çıxanların hər biri istənilən rəqibə qarşı çalışmalıdır. Məqsədimiz gələcək daha yaxşı heyət quraraq yuxarı yerlərə oynamaqdır.
- Amin Seydiyev planlarınızda necə yer alır? Yeni mövsümdə onu əsas heyətdə görəcəyikmi?
- Amini qışda istəyirdim, ancaq alınmadı. O, bizim planlarımızda yer alır. Aminə şans verəcəyik.
- Klub prezidenti dedi ki, yeni transferimiz olacaq. Bu, əcnəbidir, yoxsa yerli?
- Nəsə demək çətindir. Bu karantindən əvvəl – aprelin 4-də rəhbərliklə danışmışam və mənə hansı mövqelər üçün futbolçular lazımdır, demişəm. 1-2 ay ərzində açıqlamalar verilə bilər.
- Kluba gələndən cəmi 3 oyun udmusuz. Hədəfiniz nədir?
- İlk oyunlarımda “Qarabağ” və “Neftçi”ylə qarşılaşdıq. Sonra “Qəbələ” ilə kubok oyununda məğlub olduq. Qışdan sonra yeni futbolçular gəldi və çempionatın başlamasına bir gün qalmış bizə qoşuldular. Bizim o qədər də geniş heyətimiz yoxdur. Komandaya oyunçu gətirərkən, ad önəmli deyil. Əsas olan ürəklə oynamaqdır. Ramil Şeydayev bizə gec qoşuldu və ona da vaxt lazım idi. Gələcəkdə daha yaxşı heyət quraraq, daha üstün hədəflər üçün mübarizə apara bilərik. (Report)