Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu bu il İstanbulda keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final oyununun başqa şəhərdə təşkil olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, o, "TRT Spor" kanalının "Instagram" səhifəsindəki canlı yayımda UEFA-nın həlledici matçın yerini dəyişməyəcəyinə inandığını söyləyib.
Nazir sözügedən məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb: "Bu, olduqca vacib mövzudur. Görüş mayda keçirilməli idik. Cari mövsümün əvvəlində UEFA Superkubokunun oyununa yüksək səviyyədə ev sahibliyi etdik. Final qarşılaşmasını da bu cür keçirəcəyimizə şübhəm yoxdur. İyunun 17-də gözəl xəbər alacağımıza inanıram".
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin 17 iyun tarixindəki iclasında avrokuboklarla bağlı qərar qəbul olunacaq.