"Keşlə" klubu futboluçusu Ruslan Qurbanovla yollarını ayırdığını açıqlayıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun başa çatan müqaviləsi qarşılıqlı razılıq əsasında yenilənməyib.
Qeyd edək ki, daha əvvəl Ruslan Qurbanov "Keşlə"dən ayrıldığını bəyan edib.