İngiltərə Futbol Liqası (EFL) növbəti koronavirus testlərinin nəticələrini açıqlayıb.
Sportnet.az-ın EFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionşipdəki 24 klubun 2213 nümayəndəsi testdən keçib. Onlardan 8-də nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib.
Qeyd edək ki, Çempionşipdə mövsüm iyunun 20-də bərpa olunacaq. Daha əvvəl iyunun 11-də 6 nəfərdə koronavirus aşkarlandığı açıqlanıb.