İngiltərə Premyer Liqası növbəti dəfə koronavirus testlərinin nəticəsini açıqlayıb.
Sportnet.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, 9-cu mərhələdə 1500-dən çox futbolçu və klub işçisindən analiz götürülüb. Onlardan biri müsbət nəticələnib.
Premyer Liqada daha əvvəl 8 yoxlamada 16 koronavirus aşkarlanıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqası ötən gün bərpa olunub. “Aston Villa” “Şeffild Yunayted”lə qolsuz heç-heçə edib, “Mançester Siti” isə “Arsenal”ı 3:0 hesabı ilə üstələyib.