6 futbolçusu koronavirusa yoluxan "Rostov" klubu bu gün Rusiya Premyer Liqasında "Soçi" ilə matça çıxacaq.
Sportnet.az "Soçi"nin rəsmi saytına istinadən xəbər verir ki, hər iki komanda çempionatın XXIII tur matçında çıxmağa razılıq veriblər.
Qeyd edək ki, Rusiya Premyer Liqası bu gün bərpa olunacaq. Daha əvvəl "Rostov"un 6 futbolçusunda koronavirus aşkarlanıb və onlar təcrid olunub. Qarşılaşmada yalnız "Rostov"un 2003-cü il təvəllüdlü oyunçuları olacaq.