Futbol üzrə Ukrayna ikinci liqasının üç oyunu təxirə salınıb.
Sportnet.az "Tribuna.com" saytına istinadən xəbər verir ki, buna koronavirus infeksiyasının yayılması səbəb olub.
İyunun 25-də nəzərtə tutulan "Balkan" - "Çerkaşin", "Çernomorets" - "Volın" və iyulun 7-ə planlaşdırılan "Rux" - "Aqrobiznes" görüşü təxirə düşüb.
Qərar klubların müraciətindən sonra qəbul edilib.