
“Keşlə”dən təklif gələn kimi məmnuniyyətlə qəbul etdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"dən ayrıldıqdan sonra "Keşlə"yə keçən Tural Axundov klubun rəsmi saytına açıqlamasında deyib.
Müdafiəçi keçid baş tutduğu üçün çox şadam olduğunu bildirib: "Yeni klubda oynamaq, Avropa Liqasında iştirak etmək bir sınaqdır və özümü yaxşı tərəfdən göstərməyə çalışacam. “Keşlə” medallar uğrunda mübarizə aparır və inanıram ki, növbəti mövsüm də uğurlu çıxışımızı davam etdirəcəyik”.