Fransanın PS klubu futbolçusu Leven Kyurzava ilə müqavilənin müddətini uzadacaq.
Sportnet.az "RMC Sport" a istinadən xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı müdafiəçi ilə 4 illik sözləşmə imzalamaq barədə razılığa gəlib.
Oyunçunun hazırkı müqaviləsi iyunun 30-da başa çatıb.
Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.