
İspaniya Sequndasında çıxış edən "Almeriya" klubu Qutini baş məşqçi postundan istefaya göndərib.
Sportnet.az-ın məlumatına görə, bu qərar "Alkorkon"a 0:1 hesablı məğlubiyyətlə nəticələnən XXXV tur matçından sonra baş verib. Hazırda "Almeriya" 3-cü yerdə gedir və La Liqaya birbaşa vəsiqə verən 2-ci pillədən, sona 7 tur qalmış 5 xal geri qalır.
Qeyd edək ki, Quti "Almeriya"ya 2019-cu ilin noyabrında baş məşqçi təyin olunub. O, daha əvvəl "Real Madrid"in U-19 komandasının sükabı arxasında idi.