
Futbol üzrə Ukrayna Kubokunda final matçının yeri dəyişdirilib.
Sportnet.az-ın yerli federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, həlledici qarşılaşma iyulun 8-də Lvovda yox, Xarkovdakı "Metallist" stadionunda təşkil olunacaq. Səbəb kimi Lvov vilayətində koronavirusla bağlı vəziyyətin qeyri-qənaətbəxş olması göstərilib.
Daha əvvəl eyni səbəbdən, final görüşü Ternopoldan Lvova keçirilmişdi. Bu səbəbdən, Ternopol həlledici qarşılaşmaya gələn mövsüm ev sahibliyi edəcək.
Qeyd edək ki, final matçında "Vorskla" ilə Kiyev "Dinamo"su üz-üzə gələcək. Poltava təmsilçisinin baş məşqçisi 2018-ci ildə "Keşlə"yə Azərbaycan Kubokunu qazandırmış Yuri Maksimovdur.