Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov ölkə xaricində məşqçi kimi işləmək istəyir.
Sportnet.az xəbər verir ki, 38 yaşlı keçmiş müdafiəçi bu barədə “Report”un “Instagram” səhifəsindəki canlı yayımda deyib. Sadıqov ingilis dilini öyrənməyi qarşısına şərt qoyduğunu bildirib.
Keçmiş oyunçu bu dili bir az bildiyini sözlərinə əlavə edib: "Amma bu yetərli deyil. Futbolçu ilə birbaşa ünsiyyət qura bilməyəcəyəmsə, onun beyninə girə bilməyəcəyəm. Bu səbəbdən qarşıma məqsəd qoymuşam ki, dili öyrənməliyəm. İspan və portuqal dillərini də öyrənmək niyyətindəyəm. İmkan olan kimi mükəmməl şəkildə buna yiyələnmək istəyirəm".