Braziliyanın "Kruzeyro" komandasının futbolçusu Enrike yol qəzasına düşüb.
Sportnet.az-ın “Globo Esporte”yə istinadən məlumatına görə, futbolçunun avtomobili 200 metrlik qayalıqdan düşüb. Zərərçəkənin xilas edilməsi üçün 4 yanğınsöndürən maşın cəlb edilib.
Futbolçu şok vəziyyətində olduğu üçün yol-nəqliyyat hadisəsinin səbəblərini izah edə bilməyib. Meneceri isə qeyd edib ki, Enrike sıyrıntılarla canını qurtarsa da, xəstəxanaya yerləşdirilib. Futbolçu hazırda həkim nəzarəti altındadır.