"Şamaxı"nın futbolçusu David Santos əməliyyat olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ön çarpaz bağın rekonstruksiyası əməliyyatı Portuqaliyada həyata keçirilib.
Məşhur portuqaliyalı həkim Joze Karluş Noronyanın yerinə yetirdiyi tibbi müdaxilə uğurla başa çatıb.
Qeyd edək ki, David Santos "Şamaxı"ya 2025-ci ilin yayında azad agent qismində transfer olunub.






































































