Portuqaliya çempionatının son turunda "Eştoril" üzərində 3:1 hesablı qələbə qazanan “Benfika” mövsümü məğlubiyyətsiz başa vurub.
Sportnet.az xəbər verir ki, Komanda 34 oyunda 23 qələbə və 11 heç-heçə ilə yadda qalsa da, çempionluq əldə edə bilməyib.
Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv 80 xalla yalnız 3-cü yeri tutub. “Benfika”nı turnir cədvəlində "Portu" (88 xal) və "Sportinq" (82 xal) qabaqlayıb. Maraqlıdır ki, hər iki rəqib mövsüm ərzində iki dəfə məğlub olub.
Avropanın yeddi aparıcı çempionatının tarixində məğlubiyyətsiz qalıb çempion ola bilməyən komandaların sayı cəmi ikidir. 1978/1979 mövsümündə "Peruca"nın 21 qələbə və 9 heç-heçəsi, 3 məğlubiyyət acısı yaşamış "Milan"ı keçməyə vı İtaliya A Seriyasının qalibi olmağa yetərli olmayıb. Nəticədə çempion adını "qırmızı-qaralar" 3 xallıq fərqlə əldə edib.
Daha maraqlısı isə odur ki, daha bir oxşar hadisə yenə “Benfika”nın adına yazılıb. 1977/1978 mövsümündə “qartallar” 21 qələbə və 9 heç-heçə ilə mövsümü məğlubiyyətsiz və 51 xalla başa vurmuş, lakin top fərqinə görə “Portu”dan (+45 +60-a qarşı) geri qalaraq ikinci olmuşdu.
Hər iki halda həmin vaxt qələbəyə 3 yox, 2 xalın verilməsi də rol oynayıb.
Bu dəfə isə “Benfika” qələbənin 3 xalla qiymətləndirilməsinə rəğmən, 47 ildən sonra özünün “unudulmuş” rekordunu yenidən təkrarlayıb.
????????????????????????????????: After beating Estoril 3-1 tonight, José Mourinho's Benfica are unbeaten for the full completed season in the Primeira Liga.
— Football Tweet ⚽ (@Footballtweet) May 16, 2026
They are the ????????????????????????????????????????????.
However, they drew 11 games which meant they finished 3rd in the table and have actually missed… pic.twitter.com/1mD8jOOn3G







































































