İtaliya A Seriyasında XXVIII turun mərkəzi matçında "Milan" "Roma"nı qəbul edib.
Sportnet.az xəbər verir ki, "San Siro" stadionunda keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 76-cı dəqiqədə Ante Rebiç açıb. 89-cu dəqiqədə isə Hakan Çalhanoğlu dəqiq penalti zərbəsi ilə son nöqtəni qoyub.
Bu nəticədən sonra "Milan" 42 xalla 7-ci yerə yüksəlib. "Roma" isə 48 xalla 5-cidir. Turnir cədvəlinə 69 xala malik "Yuventus" başçılıq edir.