Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma "Tranzonspor"un qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Aleksander Sörlot qoyub.
Bununla da "Trabzonspor" tarixində 9-cu dəfə Türkiyə Kubokuna sahib olub. Daha əvvəl bu klub Superliqanı gümüş medalla başa vurub.
Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" isə kubokda ilk dəfə final həyəcanı yaşayıb.
Türkiyə Kuboku
FİNAL
29 iyul
22:30. "Trabzonspor" - "Alanyaspor" - 2:0
Qol: Abdulkadir Ömür, 25; Aleksander Sörlot, 90+10
Baş hakim: Ali Palabıyık
"Atarürk" Olimpiya Stadionu.