Fransanın "Lill" klubu türkiyəli futbolçu Burak Yılmazla müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu 2 illik sözləşməyə imza atıb. Türkiyə millisinin də üzvü olan Yılmaz yeni komandasına keçənədək "Beşiktaş"ın formasını geyinib. Əvvəllər isə o, Türkiyə nəhənglərindən "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor"da da çıxış edib.