
Qəbələ şəhər stadionunda mövsümöncəsi hazırlıq çərçivəsində bu gün bir yoxlama oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasındakı komandalardan "Zirə" və "Keşlə" üz-üzə gəlib. Görüş "Zirə"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 6-cı dəqiqədə Rəhman Hacıyev vurub.
Yoxlama oyunu
19:00. "Zirə" - "Keşlə" - 0:1
Qol: Rəhman Hacıyev, 6
Baş hakim: Əliyar Ağayev
Qəbələ şəhər stadionu
Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda "Qəbələ" ilə qolsuz heç-heçə edib. "Keşlə" isə "Qarabağ"a uduzub - 1:3.