"Səbail" klubu ilə yollarını ayıran Eriko da Silvanın yeni klubu müəyyənləşib.
Sportnet.az "Digisport" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Rumıniyanın UTA komandasına keçib. Braziliyalı oyunçu Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib.
Silva UTA-ya kömək etmək istədiyini söyləyib: "Ümid edirəm ki, istədiyimiz səviyyəyə çatacağıq. Mənə buraya gəlmək fürsəti verdikləri üçün təşəkkür edirəm".
Daha əvvəl Rumıniyada “Universitatya Kluj", "Astra" və "Panduri"də çıxış etmiş müdafiəçi ölkəyə qayıtdığı üçün məmnun olduğunu vurğulayıb.
Qeyd edək ki, Eriko da Silva 2019-cu ilin yayında "Səbail"ə keçib. UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək.