Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandası heyəti yeni futbolçu ilə gücləndirib.
Klubun Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, son olaraq İran təmsilçisi "Sepahan"da çıxış edən Əli Qurbani ilə müqavilə imzalanıb.
29 yaşlı forvard 1+1 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Əli Qurbani karyerası ərzində ölkəsində "Nassaci", "Qahar", "Naft Tehran", "Esteqlal" klublarının da formasını geyinib. Hücumçu 2018/2019 mövsümündə Slovakiyanın "Spartak" (Trnava) klubunun şərəfini qoruyub.