“InStat”ın göstəricilərinə görə, Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin heyətində ən yaxşı indeksə malik futbolçu müəyyənləşib.
Sportnet.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kanedir.
Onun sözügedən görüşdə göstəricisi 287 olub.
Qeyd edək ki, "Neftçi" - "Səbail" oyunu flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.