
Avqustun 31-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, saat 15:00-da “Neftçi TV”dən canlı yayımlanacaq xüsusi buraxılışda komandamızın avrokuboklardakı ikinci rəqibi müəyyənləşəcək. Verilişin qonaqları – “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov və "Rekord.az" saytının baş redaktoru Kənan Məstəliyev püşkatmanı dəyərləndirəcək və flaqmanın rəqibini təhlil edəcəklər.
Saat 13:30-da isə “Neftçi” mediada” verilişinin qonağı "Azərbaycan radiosu"nun əməkdaşı İlkin Baba olacaq.
Keçid üçün link: https://www.youtube.com/c/NeftchiTv?fbclid=IwAR0Z2-BaXGmltV_-rZmaFgG5MTLUdubDaLrVCQ5e2C1mS4RxyA50Fp3tCmg