
Futzal üzrə Azərbaycan millisinin final mərhələsi 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə turnirindəki rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər veri ki, komandamız Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə üz-üzə gələcək. Bəs indiyə qədər Slovakiya və Moldova milliləri ilə duellərimizin göstəricisi necədir?
Qeyd edək ki, Slovakiya və Moldova komandaları indiyədək dünya və Avropa çempionatlarının final mərhələsində çıxış etməyiblər.
Futzalçılar Slovakiya yığması ilə 1996, 2014, 2016-cı illər Avropa çempionatlarının və 2020-ci il dünya çempionatının əsas və elit raund mərhələsi çərçivəsində qarşılaşıb. Keçirilmiş 6 görüşdən 3-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib. İki matç isə heç-heçə başa çatıb.
27.10.1995 AÇSO Slovakiya – Azərbaycan 2:0
30.03.2013 AÇSO Slovakiya – Azərbaycan 1:2
15.09.2015 AÇSO-pley-off Azərbaycan - Slovakiya 3:1
22.09.2015 AÇSO-pley-off Slovakiya – Azərbaycan 1:1
26.10.2019 DÇƏM Azərbaycan – Slovakiya 2:0
01.02.2020 DÇER Slovakiya – Azərbaycan 3:3
Moldova millisi ilə biri rəsmi, yeddisi isə yoldaşlıq oyunlarında və beynəlxalq turnirlərdə qarşılaşmışıq. 8 qarşılaşmadan yalnız birində rəqib penaltilər seriyası ilə qələbə qazanıb. Qalan 7 oyunda sevinən tərəf yığma olub.
30.03.2004. YO. Moldova – Azərbaycan 1:3
31.03.2004. YO. Moldova – Azərbaycan 4:5
28.01.2009. BT. Azərbaycan – Moldova 4:2
14.02.2013. BT. Azərbaycan – Moldova 6:1
23.04.2015. BT. Moldova – Azərbaycan 1:1, pen. 1:0
29.03.2017. YO. Azərbaycan – Moldova 6:1
30.03.2017. YO. Azərbaycan – Moldova 3:2
23.10.2019 DÇƏM Azərbaycan – Moldova 3:1
Qeyd: qrupdakı digər komandanın kimliyi (Türkiyə-Yunanıstan cütünün qalibi olacaq) dəqiqləşmədiyi üçün statistikada qeyd edilməyib.