
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Səbail" "Zirə"ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 46-cı dəqiqədə Davit Volkov başla topu rəqib qapısından keçirib.
54-cü dəqiqədə "Səbail"in hücumçusu Rauf Əliyev penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini braziliyalı qapıçı Mateus Albino dəf edib. Əvəzində "Zirə"nin forvardı Ruslan Qurbanov 67-ci dəqiqədə penaltidən fərlənməklə hesab arasındakı fərqi artırıb. 80-ci dəqiqədə Urfan Abbasov penaltidən yararlanaraq fərqi azaldıb.
Rəşad Sadıqovun baş məşqçi olduğu "Zirə" çempionatda ilk qələbəsini qazanıb və xallarını sayını 4-ə yüksəldib. "Səbail" isə iki turda xal qazana bilməyib.
Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" səfərdə "Neftçi"ni məğlub edib - 2:0. "Qarabağ" "Keşlə" ilə qolsuz heç-heçəyə razı olub. Tura sentyabrın 13 də keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
------------------------
Bu gün Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Zirə" səfərdə "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da start götürəcək.
İndiyədək çempionatda 11 dəfə üz-üzə gələn komandaların duelində "dənizçilər" 3 qələbə qazanıblar. "Qartallar" isə 6 qarşılaşmada meydanı 3 xalla tərk ediblər. 2 görüş heç-heçə yekunlaşıb. Top fərqi də "Zirə"nin xeyirinədir - 15:7.
“Səbail” 4 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” isə son iki görüşdə rəqibinə qalib gəlib.
12 sentyabr
Azərbaycan Premyer Liqası
II tur
19:00. “Səbail”– “Zirə” - 1:2
Qol: Urfan Abbasov, 80 (pen) - Davit Volkov, 46. Ruslan Qurbanov, 67 (p)
İstifadə edilməyən penalti: Rauf Əliyev, 54
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.
Qeyd edək ki, II turun ilk 2 oyunu dünən baş tutub. "Neftçi" doğma meydanda "Sumqayıt"a 0:2 hesabı ilə uduzub, "Qarabağ" isə səfərdə "Keşlə" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək "Sabah" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.