Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, UEFA püşkatmadan öncə komandaları qruplara bölüb.
Üçüncü qrupda yer alan Ağdam təmsilçisi “Şerif” (Moldova)/“Dandolk” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları)/“Dinamo” (Tiflis, Gürcüstan) və “Legiya” (Polşa)/“Drita” (Kosovo) cütündən birinə rəqib olacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün Avropa Liqasında mübarizəyə davam edir.