"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsinin "Legiya" ilə oyunu üçün Polşaya yollanıb.
Sportnet.az xəbər verir ki, bu barədə haitili yarımmüdafiəçi "przegladsportowy.pl" saytına açıqlamasında deyib.
31 yaşlı oyunçu artıq Varşavada olduğunu bildirib: "Mən Haiti prezidentinin dostuyam (gülür)".
Gerye pasport probleminə görə komanda ilə səfərə yollana bilməmişdi.
Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.