"Qarabağ"ın İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.
Referi Pavel Orelə Petr Blajey və İrji Krjij köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.
Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiugovadır.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.