"Qələbə qazandığımız üçün xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin "Sivasspor" komandasının baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində üstünlüyə sahib olublar: "İlk hissədə daha çox qol imkanları yaratdıq. Əvvəlki oyunlara tam heyətlə çıxa bilsəydik, daha fərqli "Sivasspor" görəcəkdiniz. Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır. İsraildə "Makkabi" (Təl-Əviv) komandasını məğlub edə bilərik. "Vilyarreal"la görüşdə nə olacağı bəlli deyil".