
İtaliya "İnter"inin qapıçısı Daniele Padellinin COVID-19 testi müsbət nəticə verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Padelli xəstəliyi simptomsuz keçirib. O, tibbi protokollara uyğun olaraq, lazımi prosedurları yerinə yetirəcək.
Qeyd edək ki, daha əvvəl "İnter"in müdafiəçisi Milan Şkrinyar da koronavirusa yoluxub.