İtaliyanın "Roma" klubunun 3 futbolçusunda koronavirus aşkarlanıb.
Sportnet.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Federiko Fasio, Davide Santon və Lorentso Pelleqrinidən götürülmüş analiz nəticələri müsbət çıxıb.
Hər 3 oyunçu dərhal karantinə alınıb.
Qeyd edək ki, daha əvvəl "Roma"nın hücumçusu Edin Cekonun infeksiyaya yoluxduğu məlum olub.