Bu vaxta qədər İtaliya A Seriyasında çıxış edən 104 futbolçu koronavirusa yoluxub.
Sportnet.az "Football Italia"ya istinadən xəbər verir ki, ən çox yoluxma "Cenoa" klubunda qeydə alınıb. Komandanın 18 oyunçusunda müxtəlif vaxtlarda infeksiya aşkarlanıb.
"Parma"da 12, "Roma"da isə 11 futbolçuda testin nəticələri müsbət olub. "Sampdoriya" bu göstəriciyə görə üçüncüdür - 8.
İndiyədək "Udineze"də heç bir oyunçu koronavirusa yoluxmayıb.