Türkiyənin "Qalatasaray" komandası koronavirusla bağlı son testlərin nəticələrini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 3 futbolçusunda infeksiya aşkarlanıb.
Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındığı bildirilib.
Qeyd edək ki, "Qalatasaray"da test nəticəsi müsbət çıxan futbolçuların sayı 5-ə çatıb.