Kamerun millisinin futbolçusu Samuel EtoO İspaniyanın "Mursiya" komandasında karyerasını bərpa edə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə klubun prezidenti Morris Panyello "Marca" nəşrinə açıqlamasında deyib.
Funksioner bildirib ki, veteran hücumçu ilə müqavilə bağlamaq şansları 50/50-yədir: "Bunu gələn həftə daha dəqiq bilmək olacaq. EtoO klubumuzun üzvü olsa, daim oynayacaq. Baş məşqçinin tapşırığı odur ki, onu komandaya cəlb edək. Meksikadan və Birləşmiş Ərəb Əmirliklərindən bizə dəstək verə biləcək investorlar var".
Qeyd edək ki, peşəkar karyerasını 2019-cu ildə başa vuran Samuel EtoO İspaniyada "Real Madrid", "Malyorka" və "Barselona", İtaliyada "İnter", "Sampdoriya", İngiltərədə "Çelsi", "Everton", Rusiyada "Anji", Türkiyədə "Antalyaspor" və "Konyaspor" kimi komandaların formasını geyinib.