Belarus Yüksək Liqasının qalibi son turda müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada tarixində ikinci dəfə Soliqorsk "Şaxtyor"u sahib çıxıb. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv XXX turda "Minsk"i 4:2 hesabı ilə yenib.
Bu qələbə sayəsində xalını 59-a çatdıran "Şaxtyor" ən yaxın izləyicisi BATE-ni 1 xal geridə qoyub. Bürünc medalı 56 xalla "Torpedo-BelAZ" qazanıb.
Qeyd edək ki, "Şaxtyor" ilk çempionluğunu 2005-ci ildə əldə edib. Roman Qriqorçuk 2014-cü il dekabrın 18-dan 2018-ci il mayın 29-dək "Qəbələ"də baş məşqçi vəzifəsində çalışıb.