
"Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah xal qazanmalıyıq. "Qarabağ" xal qazana bilməsə də, keyfiyyətli komandadır".
Sportnet.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" komandasının futbolçusu Maor Kandil Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la matç barədə "İsraelhayom" nəşrinə açıqlamasında deyib.
27 yaşlı müdafiəçi bildirib ki, güclü komandaya qarşı sərt oyun gözləyirlər: "Rəqib çox güclüdür. Ancaq onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatdır. Bizim üçün çox vacib matç olacaq".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.