"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov hələ də komanda ilə məşqlərə qatıla bilmir.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 40 yaşlı mütəxəssis dünənə kimi hazırlıq proseslərinə qoşulmayıb.
Bildirilib ki, koronavirus testinin nəticəsi mənfi çıxsa da, Abbasov xəstəliyi ağır keçirir.
Qeyd edək ki, Ayxan Abbasov dekabrın 23-də xəstələnib. O, həmin tarixdən sonra test verməyib. Komandanı məşqlərə Abbasovun köməkçisi Elnur Çodarov çıxarır.