
Futbol üzrə Azərbaycan Kubokunda mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsinin ilk oyununda Premyer Liqa təmsilçisi "Səbail" komandası ilə I Divizionda mübarizə aparan "Zaqatala" üz-üzə gəlib. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 26-cı dəqiqədə penaltidən paytaxt təmsilçisinin forvardı Amil Yunanov açıb. Daha sonra Roini İsmayılov 30-cu və 40-cı dəqiqələrdə fərqlənərək, qonaq komandanı önə çıxarıb. "Səbail"i məğlubiyyətdən 62-ci dəqiqədə Adil Nağıyev qurtarıb. Son nöqtəni isə 84-cü dəqiqədə Əfran İsmayılov qoyub.
Beləliklə, "Səbail" 1/4 finala yüksələn ilk komanda olub. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv növbəti mərhələdə "Sumqayıt"la üz-üzə gələcək. İlk oyun 1-2 fevralda "Kapital Bank Arena"da, cavab görüşü 6-7 fevralda "ASCO Arena"da təşkil olunacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin daha 3 oyunu yanvarın 25-də keçiriləcək.
--------------------------
Bu gün Azərbaycan Kubokunda 2020/2021 mövsümü start veriləcək. Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsində 4 matç baş tutacaq. Qarşılaşmalar iki günü əhatə edəcək.
İlk oyun günündə "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı qəbul edəcək. Komandalar ilk dəfə ölkə kubokunda üz-üzə gəlir.
"Səbail" Premyer Liqada 13 oyundan sonra 13 xalla 6-8-ci pillələri bölüşdürür. "Zaqatal" isə I Divizionda 11 matçda 19 xal toplaya bilib və hazırda 4-5-ci sıraları bölüşdürür. 1/8 final mərhələsi bir oyundan ibarət olduğu üçün qələbə qazanan komanda 1/4 finalda "Sumqayıt"a rəqib olacaq.
Azərbaycan Kuboku, 1/8 final
24 yanvar (bazar)
15:00. “Səbail” – “Zaqatala” - 3:2
Qollar: Amil Yunanov, 26 (pen.). Adil Nağıyev, 62. Əfran İsmayılov, 84 - Roini İsmayılov, 30; 40
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
ASCO Arena.
Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu yanvarın 25-də gerçəkləşəcək. "Turan Tovuz" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i, "Qaradağ Lökbatan" isə "Zirə"ni qəbul edəcək.