
Tomas Tuxel İngiltərənin "Çelsi" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 48 yaşlı almaniyalı mütəxəssislə 18 aylıq müqavilə bağlanılıb. O, yeni vəzifədə Frenk Lempardı əvəzləyib.
Artıq Tuxel kollektivi ilk məşqə də çıxarıb. Yanvarın 27-də isə "zadəganlar" Premyer Liqanın XX tur qarşılaşmasında "Vulverhempton"u sınağa çəkəcək.
Hazırda "Çelsi" 19 oyundan 29 xalla 9-cu pillədə qərarlaşıb.