
"Qəbələ" komandasının UEFA Gənclər Liqasının 1/32 final mərhələsindəki rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın bu raundda “Şkendiya” (Şimali Makedoniya) ilə üz-üzə gələcək. Qarşılaşma püşkə əsasən, Şimali Makedoniyada keçiriləcək.
Bir oyundan ibarət mərhələnin görüşləri 2-3 martda baş tutacaq.
-------------------------------------------------
Bu gün UEFA Gənclər Liqasında 2020/2021 mövsümünün ilk püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Çempionlar Liqası yolu və Çempionlar yolunda 1/32 final mərhələsinin cütləri bəlli olacaq. AFFA-nın keçirdiyi Gənclər Liqasında Azərbaycan çempionu olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının da rəqibi müəyyənləşəcək.
Püşkatmadan öncə UEFA iştirakçıları qruplara bölüb. Hər qrupda yer alan 8 komanda püşkdə 4 cüt təşkil edəcək. “Qəbələ” Çempionlar yolunda 4-cü qrupa daxil edilib. “Qırmızı-qaralar”ın potensial rəqibləri “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Lüdororets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır.
Qeyd edək ki, 2-3 martda keçiriləcək 1/32 final mərhələsi bir oyundan ibarətdir.